Türkiyə ordusu 7 il ərzində 35 mindən çox terrorçu zərərsizləşdirib

2022/06/sdf78-1655201057.jpg
Oxunub: 798     22:24     13 Avqust 2022    
Türkiyə ordusu sərhədlərin qorunması üçün lazım olan müdaxiləni vaxtında atır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, 24 iyul 2015-ci il tarixindən etibarən 35 min 656 terrorçu zərərsizləşdirilib.

Şəhid və qazilərin və onların ailələrinin Türkiyə Cümhuriyyəti üçün çox dəyərli olduğunu bildirən nazir sərhədlərin toxunulmazlığında onların ən böyük paya sahib olduğunu bildirib.

“Biz onların xatirələrini heç vaxt unutmamışıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”,- deyə Hulusi Akar bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK  


Bizi "telegram"da izləyin