Reuters: 13 Çin təyyarəsi Tayvan boğazını keçib

2020/02/800x6-1581328959.jpg
Oxunub: 619     21:17     13 Avqust 2022    
13 Çin təyyarəsi Tayvan boğazının orta xəttini keçib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters“ ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Pekin iddia etdiyi ada yaxınlığında hərbi fəaliyyətlərini davam etdirir”,- deyə nazirlik bildirib.

Tayvan ətrafında vəziyyət ABŞ Konqresinin Aşağı Palatasının spikeri Nensi Pelosinin Asiya turu çərçivəsində adaya planlaşdırılan səfərlə bağlı bəyanatından sonra gərginləşməyə başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Tayvan  


Bizi "telegram"da izləyin