Rusiya XİN: Kiyevə silah tədarükü "xüsusi əməliyyat"ın genişlənməsinə səbəb olacaq

2022/07/17399-1656692705.jpg
Oxunub: 421     15:25     13 Avqust 2022    
“Qərbin uzaqmənzilli silah sistemlərinin Ukraynaya tədarükü Rusiya "xüsusi əməliyyat"ının coğrafi vəzifələrinin genişlənməsinə səbəb olacaq”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Aleksandr Darçiyev deyib.

“Sergey Lavrov Qərbin Kiyevə kütləvi silah tədarükünün xüsusi hərbi əməliyyatın gedişinə təsirini aydın izah edib. Ukraynanın daha çox uzaqmənzilli silah sistemləri ilə təchiz edilməsi "xüsusi əməliyyat"ın coğrafi məqsədlərinin daha da artmasına səbəb olacaq”, - o vurğulayıb.

XİN rəsmisi deyib ki, Rusiya Ukrayna ərazilərində təhdid yarada biləcək silahların saxlanmasına icazə verə bilməz.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin