Litva Rusiya vətəndaşlarının Aİ-yə girişinin tam qadağan olunmasını təklif edir

2022/04/69702-1649078715.jpg
Oxunub: 490     17:08     13 Avqust 2022    
Rusiya vətəndaşlarının Avropa İttifaqı (Aİ) ölkələrinə girişinə qoyulan məhdudiyyətlər ittifaq səviyyəsində tətbiq edilərsə, daha effektiv olar.

Ordu.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib.

O, Estoniyada avqustun 18-dən qüvvəyə minəcək məhdudiyyətlərə münasibət bildirərkən deyib: “Litva beynəlxalq arenada aqressiv hərəkətlər edən ölkələrə qarşı sanksiyaların tətbiqinin tam tərəfdarıdır və onlara qarşı qoyulan məhdudiyyətlərin Aİ səviyyəsində olacağı təqdirdə daha təsirli olacağı mövqeyinə sadiqdir”.

Qeyd edək ki, avqustun 18-də Estoniyada Rusiya vətəndaşları ilə bağlı yeni qadağa qüvvəyə minəcək. Belə ki, Rusiya vətəndaşlarının Estoniyanın konsulluqları tərəfindən verilmiş Şengen vizası ilə və Aİ üzvü olan digər dövlətlərin buna bənzər qadağanedici tədbirləri olduğu halda ölkəyə buraxılmayacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Rusiya  


Bizi "telegram"da izləyin