Azərbaycan hərbçiləri "Qardaş Briqada" layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak edib - FOTO

2022/08/1660398290.jpg
Oxunub: 826     17:30     13 Avqust 2022    
Azərbaycan ilə Türkiyə arasında imzalanan ikitərəfli əməkdaşlıq planına uyğun olaraq "Qardaş Briqada" layihəsi çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyədə keçirilən təlimdə iştirak edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim müddətinin başa çatması ilə əlaqədar Türkiyə Silahlı Qüvvələrinin Ordu Korpusunun komandiri general-leytenant Rasim Yaldız və digər yüksək rütbəli zabitlərin iştirakı ilə mərasim keçirilib.

Mərasimdə çıxış edən general-leytenant R.Yaldız "Qardaş Briqada" layihəsi çərçivəsində hərbi qulluqçularımızın nümunəvi xidmət etdiyini vurğulayaraq təlim zamanı qazanılan bilik və təcrübələrin Azərbaycan Ordusunun daha da güclənməsi naminə tətbiq edəcəklərinə inandığını bildirib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qardaş-Briqada  


Bizi "telegram"da izləyin