“İlham Əliyev deyir ki, ermənilərlə azərbaycanlılar artıq bir yerdə yaşaya, vasitəçisiz ünsiyyət qura bilərlər” – Abrahamyan

2021/10/26256-1633941465.jpg
Oxunub: 1534     17:11     13 Avqust 2022    
“İlham Əliyevin əsas fikri ondan ibarətdir ki, ermənilər və azərbaycanlılar onsuz da bir yerdə yaşaya, vasitəçisiz, indiki halda ruslar olmadan ünsiyyət qura bilərlər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.

Laçın dəhlizi boyu yeni marşrutun tikinti işlərinə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, son 6-7 ayda tikinti şirkətinin nümayəndələrinin işi Rusiya sülhməramlılarının müşayiəti olmadan aparılıb.

“Burada azərbaycanlıların ermənilərlə ünsiyyət qurmaq imkanı var idi. Ümumi fikir ondan ibarətdir ki, həmin dövrdə ermənilərlə azərbaycanlılar arasında düşmənçilik olmayıb, normal münasibətlər yaranıb və Rusiya sülhməramlılarının olmasına ehtiyac olmayıb. Bu, siyasi mənada kifayət qədər təhlükəli ideyanın anonsudur.

Sülhməramlıların yerləşdirilməsinin 5 illik müddətinin başa çatmasına 3 il qalıb, təbii olaraq başa düşmək olar ki, müddəti uzatmamaq üçün artıq yüksək qiymət tələb etmək üçün zəmin hazırlanır. Ermənilərlə azərbaycanlıların birgə məskunlaşmasına yönəlmiş istənilən addım və ya proqram özlüyündə faciədir”, - deyə o yazıb.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin