“Lavrovla Çavuşoğlu arasında gizli pakt var, yəqin ki, 100 ildən sonra öyrənəcəyik” - Danielyan

2021/08/Danie-1629536245.jpg
Oxunub: 572     10:35     15 Avqust 2022    
“Generalları mühakimə etmək çağırışları ilə yanaşı, ilk növbədə diplomatlar, xüsusən də qərar qəbul edən şəxslər gələcəkdə mühakimə olunmalıdırlar”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, diplomatiyanın tarixini bilmək çox vacibdir, çünki orada indi və gələcəkdə istifadə olunan və istifadə olunacaq diplomatik hiylələrə rast gəlmək olar.

“Həmçinin ölkələr diplomatik məktəblərə malik olmaqla keçmişə əsaslanan təcrübə və bacarıqlardan istifadə edirlər. Sadə dillə desək, hər bir ölkənin öz “əlyazmaları” var ki, onları da insan yazısı kimi saxtalaşdırmaq mümkün deyil.

Biz tez-tez Rusiya-Türkiyə münasibətlərini 1920-ci il münasibətləri ilə müqayisə edirik ki, bu da məqsədəuyğundur, lakin bu münasibətlər mütləq bu dövlətlərin münasibətləri sferasında nəzərə alınmır.

Məsələn, 1939-cu ildə Sovet-Almaniya münasibətlərinin texnikası da çox maraqlıdır və bugünkü Rusiya-Türkiyə münasibətləri baxımından düşüncə və taktika baxımından da oxşarlıqlar ola bilər.

1939-cu ildə Almaniya Çexoslovakiyaya hücum edəndə sovetlər çexlərə kömək etmək üçün Polşaya hərbi dəhliz üçün müraciət etsə də, Polşa bundan imtina etdi. O vaxt polyaklar deyirdilər ki, rus əsgəri bir daha Polşa ərazisinə ayaq basmayacaq. Eyni zamanda Sovet İttifaqı Avropanın ən qüdrətli hərbi gücünə malik olan İngiltərə və Fransaya müraciət etdi, lakin bu ölkələr belə öhdəlikdən yayındılar.

Nəticə məlumdur. Polşanın bufer kimi yoxa çıxması və sovet-alman münaqişəsi olması İngiltərənin xeyrinə idi. O zaman Ribbentrop-Molotov paktı imzalandı. Polşa bölündü, Türkiyə ilə Rusiya arasında iqtisadi və hərbi əməkdaşlıq başladı.

Molotov-Ribbentrop məxfi paktı kimi, yəqin ki, Lovrov-Çavuşoğlu gizli paktı da var, 100 ildən sonra bunu öyrənəcəyik”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə   Almaniya  


Bizi "telegram"da izləyin