ABŞ donanması avtonom sualtı platformanı sınaqdan keçirib

2022/08/1660379105.jpg
Oxunub: 381     10:45     15 Avqust 2022    
ABŞ Hərbi Dəniz Qüvvələri “Snakehead” adlı avtonom sualtı platformanı sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə donanmanın mətbuat xidməti məlumat yayıb.

Protorip mərhələsində olan platforma sınaqlar zamanı kəşfiyyat hazırlığını nümayiş etdirib.

Nyuport Dəniz Sualtı Müharibə Mərkəzi Diviziyasının mütəxəssislərinin rəhbərlik etdiyi sınaqlar Narraqansett Körfəz Sınaq Müəssisəsində keçirilib.

Sualtı platforma “Draper Lab” tərəfindən hazırlanmış avtonom proqramla təchiz edilib.

“Snakehead” 78 saatdan çox suda qalma qabilliyyətinə malikdir.

Alpər Mövludoğlu 
Ordu.az










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Snakehead   ABŞ  


Bizi "telegram"da izləyin