ABŞ ordusu üçün yeni kiber və daxili təhlükələrin təhlilini aparan proqram təminatı hazırlanır

2022/08/1660379071.jpg
Oxunub: 434     15:25     13 Avqust 2022    
ABŞ Müdafiə Nazirliyi yeni kibertəhlükəsizlik təhlili qabiliyyəti olan proqram təminatının hazırlanması üçün “Torch.AI” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkət insan müdaxiləsi olmadan verilənlər bazasına və istənilən mənbəyə sürətlə qoşulan maşın öyrənmə alqoritmi ilə təchiz edilmiş NEXUS proqram platformasını təmin edəcək.

Şirkət bildirir ki, proqram təminatı “fərqli, mürəkkəb dövlət və kommersiya məlumat sistemlərini birləşdirərək və əsas tapşırıqları qabaqcıl maşın öyrənməsi ilə avtomatlaşdırmaqla təhdidləri aşkar etmək üçün istifadə olunan məlumatın keyfiyyətini və əlçatanlığını kəskin şəkildə artırır”.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NEXUS  


Bizi "telegram"da izləyin