Türkiyə insansız quru, hava və dəniz platformalarının sürü halında istifadəsi üzərində işləyir

2022/08/HAVEL-1660378479.jpg
Oxunub: 636     17:22     13 Avqust 2022    
Türkiyənin HAVELSAN şirkəti insansız quru, hava və dəniz platformalarının sürü texnologiyası əsasında istifadəsi üzərində işləyir.

Ordu.az xəbər verir ki, şirkət platformaların sürü əməliyyatları həyata keçirməsi üçün mühüm mərhələni başa vurub.

HAVELSAN bu yaxınlarda həyata keçirdiyi sınaqlarda “Barkan” döyüş robotları və PUA-ların sürü halında və müstəqil şəkildə əməliyyatlar həyata keçirməsini təmin edib.

Gecə-gündüz aparılan sınaqlar zamanı “Barkan” robotları ətrafında uçan PUA-lar naviqasiya sistemləri sayəsində müəyyən yüksəkliyə qalxaraq təyin olunmuş hədəfə çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Barkan   HAVELSAN  


Bizi "telegram"da izləyin