ABŞ şirkəti reaktiv PUA-ların hazırlanması üçün 14 milyon dollarlıq müqavilə imzalayıb

2022/08/1660377925.jpg
Oxunub: 559     09:55     15 Avqust 2022    
ABŞ-ın “Kratos Defence & Security Solutions” şirkəti taktiki reaktiv Pilotsuz Uçuş Aparatlarının (PUA) hazırlanması üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

PUA-nın dizaynı, inkişafı və tətbiqini əhatə edən müqavilənin ümumi dəyəri 14 milyon dollardır.

Şirkət təhlükəsizlik və digər səbəblərə görə PUA-nın və ya alıcının təfərrüatlarını açıqlamayıb.

“Kratos” X-61A “Gremlin”, XQ-58A “Valkyrie” və UTAP-22 “Mako” da daxil olmaqla müxtəlif PUA-lar istehsal edir.

Şirkət, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin “Skyborg” proqramı üçün “Valkyrie” PUA-ları hazırlayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kratos  


Bizi "telegram"da izləyin