Müdafiə naziri: "Hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılması yolverilməzdir"

2022/06/618a1-1656268686.jpg
Oxunub: 665     11:32     13 Avqust 2022    
Müdafiə Naziri Zakir Həsənov bu gün keçirilən xidməti müşavirə zamanı şəxsi heyətin nizam-intizamı, mənəvi-psixoloji durumu barədə danışan müdafiə naziri təlim-tərbiyə işinin təşkili istiqamətində həyata keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Ordu.az xəbər verir ki, nazir müşavirədə informasiya təhlükəsizliyinin qorunması, o cümlədən xidməti məlumatların, hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılmasının yolverilməz olması barədə maarifləndirici söhbətlərin aparılmasının vacibliyini qeyd edib.

Zakir Həsənov nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozanlara qarşı qətiyyətli tədbirlərin davam etdirilməsini tapşırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakir-Həsənov  


Bizi "telegram"da izləyin