İran zəmanətlərin olduğu halda BHFP üzrə təklifləri qəbul etməyə hazırdır

2022/08/1660367783.jpg
Oxunub: 338     06:16     13 Avqust 2022    
Rəsmi Tehran hesab edir ki, Aİ-nin nüvə sazişinin bərpası ilə bağlı təklif etdiyi sənədin mətni İranın bir sıra sahələrdə tələblərinin nəzərə alınması şərti ilə məqbul ola bilər.

Ordu.az xəbər verir ki, bu barədə iranlı diplomata istinadən "İRNA" agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Tehrana BAEA-nın fəaliyyəti ilə bağlı siyasi aspektlər, sanksiyalar sahəsində zəmanətlər verilərsə, İran Aİ-nin təkliflərini qəbul etməyə hazırdır.

Diplomat qeyd edib ki, hazırda İran bu təklifləri öyrənir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BHFP   İran  


Bizi "telegram"da izləyin