Ordu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
“Özü də Laçın yolu bizim ayağımızın altında. Etmədik onu. Nə üçün? Çünki bizdən xahiş etdilər. Biz də dedik ki, yaxşı gözləyək, ayın sonuna qədər. Yəqin ki, eşitmişiniz, indi orada yerli ermənilər, yəni, nüfuz sahibləri orada yaşayan insanlara deyirlər ki, amanın günüdür, evləri yandırmayın, damları uçurmayın, o santexnikanı çıxarmayın, aparmayın. Yəni, iki il bundan əvvəl bunu deyirdilər? Yox! İki il bundan əvvəl onlar qürurlanırdılar bundan. Ayıb olmasın, bəzi əşyaları belinə alıb harasa aparır, bütün dünyanın gözü qarşısında rəzil oldular. Amma indi deyirlər ki, sənin evin deyil. Sən buraya gəlmisən, nə vaxt gəlmisən sən buraya? 1994-cu ildə. Bəs o vaxta qədər kim yaşayıb burada? Azərbaycanlı yaşayıb, çıx get”.
Ordu.az