Ukraynada “Bayraktar” zavodunun inşasına başlanılıb

2021/12/20210-1640427464.jpg
Oxunub: 434     11:20     13 Avqust 2022    
Türkiyənin Baykar Machine şirkəti Ukraynada pilotsuz uçuş aparatları istehsal edəcək zavodun inşasına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Haluk Bayraktar “Sağ qayıt” fonduna müsahibəsində deyib.

“Ukraynadakı layihələrlə bağlı uzunmüddətli planlarımız var. Baykar burada bütün sistemləri istehsal edəcək fabrika, tədqiqat mərkəzi və qabaqcıl istehsal mərkəzinin tikintisinə başlayıb. Yalnız PUA-ların gövdəsi deyil, elektronikası, proqram təminatı və s. burada buraxmaq istəyirik”.

Haluk Bayraktar Ukraynadakı zavodda “Bayraktar TB2” və “Bayraktar Akinci” ilə yanaşı, “Bayraktar Kızılelma” reaktiv hipersəs PUA-sı da istehsal etmək istədiklərini deyib.

Xatırladaq ki, Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynada “Bayraktar” zavodunun inşa olunacağı halda onun Rusiya qüvvələri tərəfindən demilitarizasiyaya məruz qalacağını açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   Ukrayna  


Bizi "telegram"da izləyin