Böyük Britaniya üçün hazırlanan şəffaf kəşfiyyat balonları sınaqdan keçirilib

2022/08/BQW5Y-1660308996.jpg
Oxunub: 474     11:49     13 Avqust 2022    
ABŞ-ın “Sierra Nevada Cop” şirkəti Böyük Britaniya üçün şəffaf kəşfiyyat tipli hava balonları tədarük edəcək.

Ordu.azz xəbər verir ki, bu barədə “Defence News” nəşri məlumat yayıb.

Tərəflər arasında 121 milyon dollarlıq müqavilə imzalanıb.

Müşahidə və kəşfiyyat üçün nəzərdə tutulan ekipajsız hava balonlarının sınaqları keçirilib.

Minimal çəkisi ilə yüksək hündürlükdə olan hava şarları müşahidə əməliyyatları apararkən uzun müddət havada qala bilməsi və həmçinin hipersəs silahlarını izləmək potensialı ilə diqqəti cəlb edir.

Stratosferə qədər hündürlüyə çata bilən şarların narkotik ticarəti və daxili təhlükəsizlik təhdidlərinin müşahidəsində istifadə oluna biləcəyini yoxlamaq üçün sınaqdan keçirildiyi deyilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Şar  


Bizi "telegram"da izləyin