Türkiyənin “Altay” tankı 2025-ci ildə milli mühərrikə sahib olacaq

2021/03/YCNCN-1615270608.jpg
Oxunub: 1211     10:32     13 Avqust 2022    
Türkiyənin yerli istehsal edilən “Altay” tankı 2025-ci ildə milli mühərrikə sahib olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

“Dünyada bu səviyyədə güc sistemi istehsal edən şirkətlər azdır. Bu asan iş deyil. Mühərrikimiz xeyli müddətdir sınaqdan keçirilib. 1500 at gücünə malik qrup birbaşa “Altay” tankına xidmət edəcək. 1000 at gücünə malik mühərrikimiz bir az da güclüdür. Testlər davam edir. 2025-ci ildə “Altay” yerli mühərrikimizlə təchiz olunacaq”, - deyə Dəmir bildirib.

O qeyd edib ki, mühərrikin istifadə olunacaq səviyyəyə çatması üçün müəyyən vaxt lazımdır.

“Məsələn, Koreyanın tankı bizimkinə çox bənzəyir. Hazırda Koreya yalnız mühərriklərdən istifadə edir. Güc qrupları Almaniyadandır. İlk mühərrik prosesimizə başladığımız zaman tank iki Qərb şirkətinin dəstəyi ilə başlayacaqdı, amma olmadı”, - deyə Dəmir vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Altay   Tank  


Bizi "telegram"da izləyin