Türkiyənin “Akıncı” PUA-larına bu il yerli AESA tipli radarlar inteqrasiya olunacaq

2022/08/AESA--1660308822.jpg
Oxunub: 566     15:55     13 Avqust 2022    
Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Akıncı” PUA-larına bu il yerli AESA tipli radarlar inteqrasiya olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

Radarların ASELSAN tərəfindən istehsal ediləcəyi qeyd olunub.

“ASELSAN söz verib ki, bu il milli AESA Radarını AKINCI-ya yerləşdirəcəyik”, - deyə o bildirib.

“SavunmaSanayiST” nəşrinin məlumatına görə, “Akıncı” PUA-larına inteqrasiyası gözlənilən AESA radarının yaxın gələcəkdə F-16-lara inteqrasiyası istiqamətində işlər davam edir.

ASELSAN tərəfindən hazırlanan və prototip istehsalı fəaliyyətləri davam edən AESA radarı ilk dəfə F-16 “Blok 30TM” təyyarələrinə inteqrasiya ediləcək.

Fabrik sınaqlarına başlaması gözlənilən AESA radar layihəsi 2018-ci ilin sonunda başlayıb və 48 aylıq layihə qrafiki müəyyən edilib. Fabrik sınaqlarının 2022-ci ilin sonuna qədər (F-16 AESA Radar) tamamlanması və F-16 təyyarələrinə inteqrasiya edilərək istifadəyə hazır olması hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Akıncı   Türkiyə  


Bizi "telegram"da izləyin