Türkiyənin ASELSAN şirkəti 55% böyüyüb

2022/05/233-1653824529.jpg
Oxunub: 464     13:55     13 Avqust 2022    
Türkiyənin ASELSAN şirkəti 2022-ci ilin birinci yarısının maliyyə nəticələrini açıqlayıb.

Ordu.az xəbər verir ki, şirkətin 6 aylıq dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 55% artaraq 10,8 milyard lirəyə çatıb.

Şirkətin ümumi mənfəəti ötən ilin birinci yarısı ilə müqayisədə 33% artıb.

ASELSAN-ın xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50% artaraq 3,8 milyard lirəyə çatıb. Şirkətin öz kapitalının aktivlərə nisbəti 54% təşkil edib.

Şirkətin İdarə Heyətinin sədri və baş meneceri Haluk Görgün bildirib ki, 2022-ci ilin ilk yarısında ASELSAN-ın tədarükçülərinə 10,9 milyard lirə maliyyə töhfəsi verilib.

“Bu 6 aylıq müddətdə 106 adda məhsulun milliləşdirilməsini uğurla başa çatdırdıq. Beləliklə, son 3 ildə milliləşdirdiyimiz məhsulların sayı 613-ü ötmüş və 331 milyon ABŞ dollarına yaxın vəsaitin ölkəmizdə qalmasını təmin etmişik”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin