Rusiya-Ukrayna müharibəsində texnologiyalardan istifadə çox şeyi dəyişəcək – ANALİZ

2022/09/1663924478.jpg
Oxunub: 1972     17:40     23 Sentyabr 2022    
XXI əsr müharibədə əhəmiyyətli yeni inkişaflar gətirib. Həm intuitiv, həm də bilərəkdən texnoloji inkişaf hərbi əməliyyatlar və taktikaların təkmilləşdirilməsinə səbəb olub. Rusiyanın Ukraynaya hücumu yeni texnologiyaların ənənəvi müharibəni necə dəyişdirdiyinin bariz nümayişidir. Bununla belə, Klauzevitsin qeyd etdiyi kimi, müharibə anlayışı dəyişməyib: “Müharibə düşmənimizi iradəmizi yerinə yetirməyə məcbur etmək üçün güc aktıdır”. Sual hazırkı müharibədə hansı növ yeni texnologiyalar və vasitələrdən istifadə edildiyi və bu dəyişikliklərin işğal kampaniyasının ənənəvi düşüncəsini necə dəyişdiyidir. Ən əhəmiyyətlisi, döyüşün təbiətinin dəyişib-dəyişmədiyi eyni son məqsədə çatmaq üçün düşməni iradəmizi qəbul etməyə məcbur etməkdir.

Rusiya-Ukrayna müharibəsində bir neçə qabaqcıl hərbi texnologiya döyüş şəraitində sınaqdan keçirilib. Yavaş-yavaş, lakin davamlı şəkildə, Qərbin dəstəyi ilə Ukrayna qüvvələrinin ən müasir müdafiə silahları ilə silahlanmasına şərait yaradılıb. 1989-cu ildə hazırlanmış portativ tank əleyhinə raket olan “Javelin” onlardan biridir və son dərəcə effektiv olduğunu sübut edib. “Javelin” Ukraynada uğur nümunəsinə çevrilib və 1500-dən çox tankı məhv edərək, Rusiyanın hücumunun gedişatını Ukraynanın xeyrinə dəyişdirən silah olub, ancaq o, hələ də ötən əsrin silahıdır.

Avtonom və insansız sistemlər müharibənin gələcəyi hesab edilir. PUA-lar isə artıq müasir müharibənin bir hissəsidir. Yeni texnologiyalar insanların və maşınların qarşılıqlı əlaqəsini və birlikdə işləməsini dəyişdirir. Rusiya-Ukrayna müharibəsi əvvəlki bütün müharibələrdən daha çox PUA texnologiyası ilə müşayiət olunur. Müharibə başlayandan indiyədək Rusiyanın 100-ə yaxın aktivi PUA tərəfindən məhv edilib. Onlar Ukrayna silahlı qüvvələrinin uğurunda böyük, lakin həlledici rola malik deyillər. Hər iki tərəfin istifadə etdiyi müxtəlif tipli PUA var. Ukraynanın əməliyyat uğurunda mühüm rol oynayan ən vacib silab Türkiyə istehsalı “Bayraktar TB2”dir. O, lazerlə idarə olunan sursatlar daşıyır və maşınları, qoşunları və hərbi stansiyaları hədəfə alır. Rusiya-Ukrayna müharibəsində ən çox istifadə edilən digər PUA ABŞ istehsalı olan “Switchblade” və Rusiyanən “Lancet” sistemidir. Onlar kamikadze PUA hesab edilir və hədəfi məhv etmək üçün özünü ona çırpır.

Yuxarıda qeyd etdiyimiz PUA-ların yüksək effektli olmasına baxmayaraq, onların qiyməti nisbətən yüksəkdir. Ukrayna əsgərləri tərəfindən ən çox istifadə edilən PUA-lar elektron ticarət platformalarında satın alınan, smartfonla birləşdirilə bilən inteqrasiya olunmuş yüksək keyfiyyətli kameralara malik sadə kommersiya tipli PUA-lardır. Əsgərlər onlardan kəşfiyyat, müşahidə və nəzarət üçün istifadə edirlər.

İnformasiya və sosial media dövründə telefona sadəcə bir klik etmək kifayətdir və insan çoxlu məlumat əldə edə bilər. Bu, böyük hərbi strateq Sun Tzunun “Düşmənini tanısan, özünü tanısan yüz döyüşdə heç vaxt təhlükədə olmayacaqsan” fikrini geri qaytarır. Aydındır ki, Sun Tzu heç vaxt internetin varlığını və ya kəşfiyyat xidmətlərinin istənilən məlumatı əldə etmək üçün istifadə etdiyi digər inkişafları təsəvvür etmirdi. Buna baxmayaraq, məlumat axtarmaq və düşmənin imkanlarından xəbərdar olmaq fikri dəyişməz olaraq qalır. Bu zaman Ukrayna Silahlı Qüvvələrini planetin ən effektiv və bacarıqlı silahlı qüvvələrindən biri hesab etmək olar. Bu anlayışın əsas səbəbi ukraynalıların dünyanın ən güclü kəşfiyyat xidmətlərindən toplanmış kəşfiyyat və məlumatlara çıxışı olmasıdır. Dəqiq zərbələr, effektiv müşahidə və kəşfiyyat ən azı qismən Ukrayna Müdafiə Nazirliyinin qərbli müttəfiqlərdən aldığı biliklərə aid edilə bilər.

Süni Zəka

Eyni dərəcədə vacib olan faktdır ki, ukraynalılar təkmil Süni Zəka alətlərini ictimaiyyətə açıq olan təsvirlərə uğurla tətbiq edir, kritik məlumatlar yaradır. Ukrayna ölən əsgərlərin sosial media profillərini aşkar etmək üçün üz tanımadan istifadə edən Kiyevə proqram təminatı təklif edən “Clearview AI” ilə əməkdaşlıq edir və hakimiyyət bundan qohumlarını xəbərdar etmək və cəsədləri ailələrə çatdırmaq üçün istifadə edir.

Ukraynalılar rus əsgərlərinin şifrəsiz kommunikasiyalardan geniş istifadə etməsindən yararlanırlar. Süni Zəka üzərində işləyən “Tech Company Primer” ələ keçirilən rus rabitəsini emal etmək və axtarış edilə bilən mətn bazasında Ukrayna silahlı qüvvələrinə aid məlumatları avtomatik vurğulamaq üçün öz kommersiya Süni Zəkaya malik səs transkripsiyası və tərcümə xidmətini dəyişdirib. Süni Zəka yüzlərlə analitikin eyni miqdarda məlumatı emal etməsini tələb edəcək sürətlə işləyir.

Kosmos

Müharibə başlayandan bəri, Ukraynanın Rəqəmsal Transformasiya Naziri və Baş Nazirin müavini Myxailo Fedorov kommersiya kosmik şirkətlərinin rəhbərliyinə birbaşa kömək üçün bir neçə təcili müraciət edib. Fedorov İlon Maskın tvitinə cavab verməsindən və Ukraynaya “Starlink” interneti ilə yardım edəcəyinə söz verdikdən sonra məşhurlaşıb. Mask sözünə sadiq qalıb. Bu gün Ukrayna PUA-ları Rusiyanın öncül mövqelərinə hücum etmək üçün “Starlink”dən istifadə edir. Digər kommersiya kosmos şirkətləri də cavab verib. Bu şirkətlər əsasən uzaqdan zondlama və peyk rabitəsinə diqqət yetirirlər. Onların göstərdiyi dəstək Rusiya qoşunlarının hərəkəti ilə bağlı vaxtında kəşfiyyat məlumatlarının çatdırılmasında və Ukrayna hərbi rabitə şəbəkələrinin işlək vəziyyətdə saxlanılmasında mühüm rol oynayır.

Aydındır ki, Rusiya-Ukrayna müharibəsi bəşəriyyətin indiyədək gördüyü ən texnoloji müharibədir. Müharibə və onda bir-birinə qarışan hər şey aydın şəkildə dəyişib və təkamül edib. Bununla belə, insanları və dövlətləri bir-birinə qarşı-qarşıya qoymağa sövq edən müharibənin mahiyyəti dəyişməz olaraq qalır. Yeni texnologiyalar, yeni döyüş sahələri inkişaf etsə də, son məqsəd eyni olaraq qalır - hamıdan üstün olmaq və suverenliyi qorumaq. Müharibə bitdikdən sonra bütün dünyada orduda köklü dəyişikliklər və islahatlar gözlənilir. Milli təhlükəsizliyinə sərmayə qoyan hər bir dövlət indi Süni Zəka da daxil olmaqla müxtəlif texnikalardan istifadə edərək məlumat toplayır. Müharibə başa çatdıqdan sonra bu verilənlər bazası gələcək müdafiə və təhlükəsizlik inkişafı üçün təlimat rolunu oynayacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Müharibə   PUA  


Bizi "telegram"da izləyin