“Lragir”: Gümrüdəki 102-ci Rusiya bazası Ermənistanı təhdid edir

2019/01/45654-1546867037.jpg
Oxunub: 565     11:12     13 Avqust 2022    
“Rusiya-Türkiyə üçtərəfli bəyannamələri qeyd-şərtsiz yerinə yetirilərsə, Rusiyanın Gümrüdəki 102-ci bazası nəyə lazımdır?”

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Lragir” nəşri yazıb.

Nəşr bildirir ki, Gümrüdəki Rusiya bazasının Ermənistanın müdafiəsi üçün olduğunu iddia edən ermənilər özlərinin dediklərinə inanmırlar.

“O kiçik baza Qərb silahları ilə silahlanmış Türkiyə ordusuna qarşı nə edə bilər? Ukraynadakı müharibə göstərdi ki, Rusiyanın adi silahları Qərbdəki analoqları ilə müqayisədə metal qırıntılarıdır və yalnız yaşayış binalarını dağıtmağa qadirdir. Ekipaj isə Ukrayna müharibəsində talan, qətllər və digər anti-insani hərəkətləri ilə seçilib.

Gümrü bazası analoji aksiyalarla bağlı Ermənistan xəbərlərində mütəmadi olaraq yer alır, bunun əsas məqamı Gümrüdə bir erməni ailəsinin baza əsgəri tərəfindən nümayişkaranə şəkildə öldürülməsi olub. Nümayişkəranə şəkildə, çünki Kreml öz qatilini Ermənistandan çıxarmaq üçün nümayişkaranə təhqirlə xüsusi əməliyyat keçirib.

Üstəlik, həmin sui-qəsd Kremlin elan etdiyi “yeni siyasi kurs” idi və bu, Ermənistanın AİB-ə qoşulması, 2015-16-cı illərin hərbi əməliyyatları və 27 sentyabr 2020-ci il hərbi kampaniyası ilə özünü büruzə verdi. Rusiya türklərlə birlikdə erməni dövlətçiliyinin məhv edilməsi məqsədini həyata keçirməkdə davam edir. Biz bu siyasətin siyasi və mədəni səbəblərinə dəfələrlə istinad etmişik.

Bu şərtlər daxilində Gümrüdəki Rusiya bazası hansı funksiyanı yerinə yetirəcək və ya artıq yerinə yetirir?

Lavrovun Rusiyanın Qafqazdan çıxarılmasını və Ermənistanın türklərə verilməsini təmin edən 5 illik planının sürətləndirilməsi şəraitində Gümrü bazası və Rusiyanın “Permyakov” ordusu Ermənistan üçün təhlükədir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gümrü   Rusiya  


Bizi "telegram"da izləyin