Ermənistan ətrafında halqa daralır – Rusiya Şimal-Cənub layihəsində Azərbaycana üstünlük verir

2021/07/44-1627294352.jpg
Oxunub: 1945     18:31     13 Avqust 2022    
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bəyan edib ki, yaxın gələcəkdə Moskva, Bakı və Tehran Şimal-Cənub dəhlizi və bununla bağlı tranzit və gömrük məsələlərini müzakirə edəcəklər. Rusiya prezidenti Putin iyulun 19-da Tehrana səfəri zamanı Sankt-Peterburqdan İran limanlarına qədər uzanan Şimal-Cənub kommunikasiya infrastrukturu dəhlizindən danışaraq, İrandan Azərbaycana təxminən 140 km uzunluğunda dəmir yolu hissəsinin tikintisinə hazır olduğunu bildirib.

Rusiyanın bu məsələdə marağı aydındır: Qərbin sanksiyalarının təzyiqi altında Moskva yeni qlobal iqtisadiyyatın formalaşması kontekstində alternativlər axtarmağa, eyni zamanda yeni iqtisadi kommunikasiya mühitini formalaşdırmağa çalışır. Və bu mənada Şimal-Cənub Moskva üçün əsas əhəmiyyət kəsb edir. Putin İran hissəsində dəmir yolu çəkməyə hazır olduğunu bildirməklə, müxtəlif məsələlərdə İranın etimadını və razılığını qazanmağa çalışır. Təsadüfi deyil ki, İrana elə həmin səfər zamanı “Qazprom”la İranın enerji infrastrukturuna 40 milyard dollara yaxın sərmayə yatırmaq barədə saziş imzalanıb. Ermənistanda bu müzakirələrə Ermənistan ərazisində Şimal-Cənubun ləğvi kimi baxılır.

Rusiyaya görə Şimal-Cənub layihəsinin əhəmiyyətinə tam şəkildə Ermənistan vasitəsilə xidmət göstərmək olmaz, Gürcüstanda Rusiya faktiki dalana dirənir və Ermənistan ərazisinə daxil olacağı təqdirdə yenidən Azərbaycana keçmək lazım gələcək. Bu da yolun uzadılması demək olacaq. Ona görə də Azərbaycan haqqında deyilənlər və ya müzakirə olunanlar yeni deyil. Sadəcə olaraq, indiki şəraitdə həmin proqram Moskva üçün daha aktual və həyati əhəmiyyət kəsb edir. Bu, nüvə proqramı ilə bağlı ABŞ-la kifayət qədər inadkar qarşıdurmada olan və Vaşinqtonun qəbul etmədiyi şərtləri diktə etməyə çalışan İran üçün də mümkündür. Nəticədə, yaranmış yeni vəziyyət Ukrayna müharibəsi nəticəsində artıq ciddi vəziyyətlə üzləşmiş İran üçün Fars körfəzi-Qara dəniz layihəsinin cəlbediciliyini azaldır.

Beləliklə, İran və Rusiyanın Azərbaycan üzərindən kommunikasiya ideyasını canlandırmağa çalışdıqları nəzərə çarpır, Çin və Hindistanın, müəyyən şərtlər daxilində ərəb ölkələrinin də marağından istifadə edilə bilər. Bu vəziyyət Ankaranı da ciddi maraqlandırır və bəlkə də buna görə iyulun 19-da Tehranda keçirilən üçtərəfli görüşdən sonra Ərdoğan Putinlə Soçidə ikitərəfli görüş üçün razılığa gəlib.

Azərbaycanın xarici işlər naziri Bayramov avqustun 9-da Azərbaycanın Naxçıvanla İran ərazisindən keçən yola malik olduğunu bildirmişdi. İstisna deyil ki, bu yolla Bakı İrəvana eyham vurur ki, əgər Ermənistandan dəhliz açılmasa, o zaman Azərbaycanın öz yolu olacaq və İranla işləyəcək.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin