“Dəniz kuboku”na qatılacaq komandamız hazırlıq məşqlərini davam etdirir - FOTOLAR

2022/08/89430-1660233064.jpg
Oxunub: 551     19:48     11 Avqust 2022    
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak edəcək komandamız plana uyğun olaraq hazırlıq məşqlərini davam etdirir.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, hərbi dənizçilərimiz "Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodu üzrə məşq çalışmalarını yerinə yetiriblər.

Qeyd edək ki, cari ilin avqust ayının 15-dən 25-dək keçiriləcək beynəlxalq müsabiqədə Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçiləri mübarizə aparacaqlar.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəniz-kuboku  


Bizi "telegram"da izləyin