Çavuşoğlu: "Türkiyə və Suriya Prezidentlərinin telefon danışığı gündəmdə deyil"

2022/08/62f51-1660231968.jpg
Oxunub: 407     19:31     11 Avqust 2022    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında telefon danışığı gündəmdə deyil.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Rusiya lideri Vladimir Putin və digər rus rəsmiləri bu barədə təkliflər verib, lakin türk tərəfi indi kəşfiyyatçılar arasındakı görüşün xeyirli olacağını bildirib.

Nazirin sözlərinə görə, bu görüşlərə bir müddət əvvəl ara verilsə də, artıq yeni görüşlər baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin