"Vladimir Putin bu müharibəyə görə məsuliyyət daşıyır" - Şolts

2022/07/1656911898.jpg
Oxunub: 380     17:13     11 Avqust 2022    
“Almaniya və müttəfiqləri Ukraynanı dəstəkləməyə davam edəcək. Biz Rusiyanın hərbi cinayətlərini araşdırmaq üçün bütün səylərimizi davam etdirəcəyik”.

Ordu.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts keçirdiyi mətbuat konfransında deyib.

“Ən böyük problem Rusiyanın Ukraynada apardığı dəhşətli müharibədir. Biz hərbi, maddi və mənəvi baxımdan Ukraynanı fəal şəkildə dəstəkləməyə davam edəcəyik. Rusiya Prezidenti Vladimir Putin bu müharibəyə görə məsuliyyət daşıyır. Rusiya Ukraynaya yeni ərazilər ələ keçirmək üçün hücum etdi. Bu, cinayətkar müharibədir. Biz bu cinayətləri araşdırmaq üçün hər şeyi etməliyik”.

Kanslerin sözlərinə görə, Rusiya Ukrayna ilə sülh danışıqlarının yolunu axtarmalı, öz şərtlərini diktə etməməlidir: “Ukrayna hansı qərarın onun üçün düzgün olduğuna özü qərar verməlidir. Ona görə də danışıqlarda mövqelərini gücləndirmək üçün Ukraynanı dəstəkləmək lazımdır. Ölkənin yenidən qurulması üçün milyardlarla avro lazımdır”.

Şolts həmçinin deyib ki, qaz idxalı ilə bağlı hansısa qadağanın tətbiq edilməməsi düzgün qərardır. Çünki bir çox ölkə Rusiya qaznıdan asılıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin