“Silah istəyirik, onlar isə gəlib mövcud silahları götürüblər” – Radikal erməni sakinlər

2022/08/29785-1660222916.jpg
Oxunub: 1314     20:35     11 Avqust 2022    
Ermənilər Gorusdan Urud kəndinə getməyə çətinlik çəkir. Həmin istiqamətdə yalnız bir yol var. Gorusda pulun miqdarından asılı olmayaraq Urud istiqamətində sürməyə hazır olan taksi sürücüsü yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Forrights” nəşri yazıb.

Taksi sürücülərindən biri deyib ki, yolda heç bir şərait yoxdur: “Biz irəli-geri gedəndə maşın xarab olur”.

“Urud 26 avqust 2021-ci ildən əsas yoldan kənarda qalıb. Həmin gün Azərbaycan Gorus-Qafan avtomobil yolunun 21 km-lik hissəsini bağlayıb. Eyni zamanda Şurnux kəndi ilə də əlaqə yoxdur. Ermənistan bu kəndlərin sakinlərinə qeyri-insani şəraitdə getdikləri alternativ torpaq yol təklif edib”, - deyə nəşr qeyd edib..

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Urud   Şurnux  


Bizi "telegram"da izləyin