Erməni politoloq: “Rusiya Ermənistanı işğal edir, Zəngəzur dəhlizini qoparmağa çalışır”

2022/07/12312-1658397974.jpg
Oxunub: 722     17:20     11 Avqust 2022    
Rusiya Federasiyası Sərhəd Xidmətinin Ermənistandakı Departamenti bildirib ki, son vaxtlar Ermənistan-İran sərhədində əməliyyat vəziyyəti gərgindir və bununla əlaqədar olaraq Ermənistan-İran sərhədini qoruyan Rusiya sərhədçiləri Sərhəd 1992-ci il tarixli Ermənistan-Rusiya Dövlətlərarası Müqaviləsinə uyğun olaraq, Ermənistan-İran sərhədindən keçən Mehri-Əkərək yolunda yoxlamalar aparır.

Erməni analitik Armen Çibuxçyan Rusiya Federasiyasının Ermənistandakı Sərhəd Xidmətinin bəyanatını açıq-aşkar yalan hesab edir.

“Rusiya Ermənistanı işğal edir, Zəngəzur dəhlizini qoparmağa çalışır. Bizi həyasız bir bəhanə ilə aldadırlar: Zəngəzur dəhlizi cəhənnəmdir. İran bunu istəməyən yeganə dövlətdir. İranı regiondan təcrid etməyə cəhd edirlər”, - deyə erməni ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin