Ermənistanda hərbi təlimlərdən yayınan şəxs həbs edilib

2021/09/456_1-1631778425.jpg
Oxunub: 504     16:10     11 Avqust 2022    
Ermənistan Müdafiə Nazirliyi vaxtaşırı üç aylıq təlim-məşq toplanışları elan edir.

Ordu.az “Armlur.am” nəşrinə istinadən xəbər ki, təlim-məşq toplanışına qatılmaqdan imtina edənlər, üç aylıq məşğələlərin keçirildiyi hərbi hissədə iştirak edib bir müddət sonra qaçan şəxslər olub.

Ermənistanda məhkəmə təlimdən yayınan şəxslə bağlı ilk hökmü dərc edib. M.Manuçaryan adlı şəxs 2021-ci il sentyabrın 15-dən dekabrın 15-dək keçirilən təlim-məşq toplanışlarından azad olunmaq üçün əsaslar olmadığı halda iştirakdan yayınmaqda ittiham edilib.

Məhkəmə Manuçaryanı Ermənistan Cinayət Məcəlləsinin 462-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 ay müddətində qısamüddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-Təlim  


Bizi "telegram"da izləyin