Estoniya Rusiya vətəndaşları üçün sərhədlərini bağlayır

2019/11/denma-1574929514.jpg
Oxunub: 364     15:10     11 Avqust 2022    
Estoniya Rusiya vətəndaşları üçün sərhədlərini bağlayır.

Ordu.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Estoniyadakı diplomatik nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləri, habelə beynəlxalq daşımalarla məşğul olan və ya Aİ qanunvericiliyinə əsasən sərbəst hərəkət etmək hüququ olan şəxslər sanksiyalara məruz qalmayacaq.

Bundan əlavə, məhdudiyyətlər Estoniyaya girişi humanitar səbəblərə görə zəruri olan şəxslərə, respublika vətəndaşlarının yaxın qohumlarına və ya Estoniyada daimi yaşamaq icazəsi olanlara şamil edilməyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Rusiya  


Bizi "telegram"da izləyin