"Krımda baş verənlər xəbərdarlıq kimi qəbul edilməlidir" - Podolyak

2022/03/62221-1646401688.jpg
Oxunub: 486     12:22     11 Avqust 2022    
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Krım və Belarusda baş vermiş partlayışlara münasibət bildirib.

Ordu.az” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Rusiyalı hərbçilər hərbi aerodromlarda baş verənləri xəbərdarlıq kimi qəbul etməlidirlər. Bu, o deməkdir ki, Ukraynanı unudun, hərbi formanızı çıxarın və ərazimizi tərk edib”, - Podolyak bildirib.

O həmçinin qeyd edib ki, əks halda qarşı tərəf Krımda və Belarusda özlərini təhlükəsiz hiss edə bilməyəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Podolyak   Krım  


Bizi "telegram"da izləyin