Ukraynada Rusiya casusu saxlanılıb

2019/09/20190-1568190932.jpg
Oxunub: 349     11:17     11 Avqust 2022    
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkədəki Rusiya casusunu saxlayıb.

Ordu.az xəbər verir ki, həmin şəxs Qərbin Ukraynaya silah tədarükü ilə bağlı kəşfiyyat məlumatları ötürürmüş.

İstintaqın məlumatına görə, özünü hərbi ekspert kimi təqdim edən casus Kiyev sakinidir.

Onun Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə kəşfiyyat və təxribat fəaliyyətinə cəlb olunduğu müəyyən edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin