Borrel: “Avropa Ukraynada uzunmüddətli münaqişəyə hazır olmalıdır”

2022/04/sd89f-1649599252.jpg
Oxunub: 317     10:57     11 Avqust 2022    
“Avropa ölkələri Ukraynanı dəstəkləmələrinin ziyanını çəkməyə hazır olmalıdır”.

Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

Onun sözlərinə görə, bu, Aİ-nin bütövlüyünü qorumaq və Ukraynanı dəstəkləməyi davam etdirmək üçün zəruridir.

"Ukrayna böhranı Avropaya da toxunur, lakin buna tab gətirmək lazımdır, çünki bütün müharibələr əvvəl-axır danışıqlarla bitir.

Biz Ukraynaya hərbi yardım edirik, lakin bu o demək deyil ki, biz danışıqlar üçün əlimizdən gələn hər şeyi etmirik. Avropalılar siyasi həll yolunun axtarışında uzunmüddətli münaqişə ilə üzləşməyə hazır olmalıdırlar”, - o vurğulayıb.

J.Borrel vurğulayıb ki, Avropanın cənubunda yerləşən ölkələr enerji məsələsində şimal ölkələri ilə həmrəylik nümayiş etdirməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ukrayna  


Bizi "telegram"da izləyin