Türkiyə 9 ölkədə müdafiə sənayesi nümayəndəlikləri açıb

2022/08/savun-1660199967.jpg
Oxunub: 387     10:45     11 Avqust 2022    
Türkiyə Müdafiə Sənayesi Komitəsi 9 ölkədə müdafiə sənayesi nümayəndəlikləri açıb.

Ordu.az xəbər verir ki, bu barədə Komitə sədri 13-cü Səfirlər Konfransında çıxışı zamanı məlumat verib.

Nümayəndəliklərin hansı ölkələrdə açıldığı barədə məlumat verilməyib. Türkiyə müdafiə sənayesinə dair açıqlamalar verən Dəmir müdafiə məhsullarının ixracına verdiyi dəstəyə görə Türkiyə Xarici İşlər Nazirliyinə təşəkkür edib.

O, Türkiyə müdafiə sənayesinin 2022-ci ilin sonuna kimi 4 milyard dollardan çox ixrac hədəfi olduğunu bildirib.

“İxracımızın hər il artdığını görməkdən məmnunuq. Amma bizim potensialımız daha böyükdür. Biz özümüzü daha yaxşı izah etməliyik. Bu gün müdafiə təyinatlı məhsullar ixrac etdiyimiz ölkələrin sayı 170-i ötüb”, - deyə Dəmir qeyd edib.

Sevinc Əliyeva
https://www.defenceturk.net/9-ulkede-savunma-sanayii-temsilciligi-acildi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-Sənayesi  


Bizi "telegram"da izləyin