Estoniya İspaniya ordusuna THEMIS döyüş robotu təhvil verib

2022/08/RD27T-1660199895.jpg
Oxunub: 433     14:36     11 Avqust 2022    
Avropanın aparıcı robot texnikası və avtonom sistemlər istehsalçısı olan “Milrem Robotics” şirkəti İspaniya Müdafiə Nazirliyinə THEMIS insansız quru platformasının birincisini təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə Estoniya şirkətinin mətbuat xidməti məlumat yayıb.

THeMIS 2021-ci ilin əvvəlində mövcud insansız quru platformalarının imkanlarını qiymətləndirmək üçün başıladılan “Scorpion” proqramı çərçivəsində alınıb.

Şirkət bildirir ki, THEMIS artıq 7-si NATO-nun üzvü olan 12 ölkə qarşısında bacarıqlı, möhkəm və çoxyönlü sistem kimi özünü sübut edib.

“Biz şadıq ki, İspaniya THEMIS-in 13-cü istifadəçisi kimi qoşulub və “Milrem Robotics”i öz robot və avtonom sistem imkanlarını yaratmaq üçün tərəfdaş kimi seçib”, - deyə şirkət rəsmisi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: THEMIS   İspaniya  


Bizi "telegram"da izləyin