Hindistan Ordusu Çinə qarşı daha təkmil PUA-lar axtarır

2022/08/1660199849.jpg
Oxunub: 457     13:11     11 Avqust 2022    
Hindistan Ordusu ölkənin Çin və Pakistanla sərhədlərində patrul edən əsgərlərə kömək etmək üçün yerli PUA texnologiyalarının inkişafını sürətləndirməyə çalışır.

Ordu.az xəbər verir ki, bu barədə “The Defense Post” nəşri məlumat yayıb.

Bildirilir ki, Hindistan Ordusunun Dizayn Bürosu (ADB) və Hindistan Dron Federasiyası (DFI) arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən “Him-Drone-a-thin” proqramı başladılıb.

Proqramın qabaqcıl PUA həllərinin tədqiqi və inkişafı üçün təklifləri sürətləndirəcəyi bildirilir.

PUA texnologiyalarının Hindistan ordusunun Himalay dağlarındakı əməliyyatlarına da dəstək verməsi gözlənilir.

DFI yaxın beş ildə Hindistanın PUA sənayesinin 6,3 milyard dollara çatacağını təxmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Çin  


Bizi "telegram"da izləyin