Bakının İrəvana qarşı səxavəti və sonuncudan hiyləgər fənd

2021/12/89089-1639730832.jpg
Oxunub: 585     13:28     13 Avqust 2022    
Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərinin yerinə yetirilməsini gecikdirir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

O, Bakının istənilən halda Naxçıvanla nəqliyyat əlaqəsi quracağını vurğulayıb: “Araz çayı üzərində ilk körpünün tikintisinə artıq başlanılıb. Başqa sözlə, bizim Naxçıvanla alternativ nəqliyyat əlaqəmiz var. Ermənistana sadəcə olaraq imkan verilib ki, regional əməkdaşlıqdan kənarda qalmasın və İrəvan yanlış qərar verərsə, bu, özünə ziyan vuracaq”.

Yəni əslində rəsmi Bakı bildirir ki, onun Ermənistandan yan keçərək Araz çayı vasitəsilə Naxçıvanla alternativ yolu var və bu məqsədlə İranla razılaşmaya əsasən Bakı artıq işə başlayıb.

Bu açıqlama ötən həftə Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoruna və Dövlət Gəlirləri Komitəsinin sədrinə Azərbaycan tərəfinin Ermənistan ərazisindən Naxçıvana maneəsiz keçə bilməsini təmin etməyi tapşırmasından sonra verilib.

Üçtərəfli bəyanatın sonuncu bəndində bildirilir ki, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir. Azərbaycan bildirir ki, maneəsiz hərəkət Ermənistan tərəfinin heç bir nəzarəti həyata keçirməməsi deməkdir.

Xüsusən də aylar əvvəl Azərbaycan prezidenti Brüsseldə bu haqda danışmışdı. O bildirib ki, Ermənistan Laçın dəhlizində olduğu kimi Zəngəzur dəhlizində eyni maneəsiz hərəkətə razı olmalıdır.

Təxminən ay yarım bundan əvvəl erməni KİV-lərində məlumat yayılıb ki, Azərbaycan-Naxçıvan yolunun Ermənistan ərazisindən keçən hissəsində aşağıdakı proses olacaq: Birincisi, Rusiya sərhəd xidməti Azərbaycanın yükünü yoxlayacaq və əraziyə daxil olan şəxslər Ermənistan gömrük xidməti tərəfindən yoxlanılacaq. Onları ən azı bir rus zabitinin daxil olduğu erməni xüsusi mühafizəsi müşayiət edəcək. Bu barədə başqa mətbuatda da yazılar dərc olunub. Rəsmi İrəvan isə hələlik bu məlumatı təsdiqləməsə də, təkzib də etmir. Yayılan bu kimi məlumatlar rəsmi Bakı tərəfindən isə dəfələrlə təkzib olunub, Zəngəzur dəhlizinin heç bir maneə olmadan həyata keçirilməli olduğu vurğulanıb.

Habelə gələn ilin yazında erməni tərəfi Laçın dəhlizini əvəz edən yolun Kornidzor hissəsinin tikintisini başa çatdıracaq. Bu torpaq yol da Rusiya sülhməramlılarının nəzarətində olacaq. Yeni tikilən körpünün bu tərəfində isə qeyri-müəyyənlik var, sakinlər yolun minik avtomobilləri üçün keçilməz olduğunu vurğulayırlar.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin