Laçın və Zabuxun Azərbaycana qaytarılması məsələsi yeni deyil. 10 noyabr sənədində qeyd olunur ki, Laçın dəhlizinə alternativ yol tikilir. Bu, Ermənistan üçün qəbuledilməz ola bilər, ancaq bu, müharibənin nəticəsidir.
Səs-küyə baxmayaraq, hazırda Ermənistan bu məsələlərdə praktiki olaraq o qədər də müqavimət resurslarına malik deyil, hətta beynəlxalq dəstək olsa belə Ermənistanın heç bir şansı yoxdur. Ermənilər deyir ki, Rusiya tərəfini başa düşmək olar, üçtərəfli müqaviləni ruslar özləri imzalayıblar, bəs Fransa və ABŞ niyə susur, niyə bu mövzularda fikirlərini ifadə etmirlər?
Fransa və ABŞ Ermənistanın istəklərini deyil, öz maraqlarını rəhbər tuturlar. Məsələn, ABŞ dövlət katibi Paşinyan və İlham Əliyevə zəng edəndə xüsusi dəvət və ya təklif gözləmədən öz təşəbbüsü ilə zəng edir, ABŞ-ı maraqlandıran məsələlərə toxunur. Bu, tamamilə başa düşülən siyasi davranışdır, heç kim heç kimə yaxşılıq etmir, xeyriyyəçilik etmir. Bu “patriot” ermənilər yeni yolun çəkiləcəyindən noyabrın 10-dan xəbərdar idi, son iki il ərzində niyə etiraz edilmirdi? Deməli məsələ yeni yolun çəkilməsi deyil, hakimiyyət davasıdır.
Aqil Məmmədov
Ordu.az