Rusiya Mehridəki bazaları ilə Ermənistanı kimdən qoruyur? - BAXIŞ BUCAĞI

2022/08/1660199009.jpg
Oxunub: 1251     10:38     11 Avqust 2022    
Ermənistanda Mehri-Əkərək yolunda Rusiya nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı məlumatdan sonra Rusiya FTX-nin Sərhəd Qoşunlarının komandanlığı Ermənistan-İran dövlət sərhədində narkotik və psixoaktiv maddələrin İrandan Ermənistana qanunsuz daşınması ilə gərgin əməliyyat şəraiti yaradıldığını bildirib.

“Bundan başqa, ekstremist və terror təşkilatlarının nümayəndələri tərəfindən Ermənistanın dövlət sərhədinin pozulması halları qeydə alınır”, - deyə Rusiya Federasiyası FTX-nin Ermənistandakı sərhəd mühafizə idarəsinin məlumatında qeyd olunur. Məlumata görə, Mehri icmasında rus sərhədçiləri təxminən 5 modul baza yaradıblar.

Rusiya guya Ermənistan-İran sərhədində bazaların yaradılmasını Ermənistanın təhlükəsizliyi üçün edir. Reallıqda Rusiya, Sergey Lavrovun fikrincə, “sadələşdirilmiş rejim”lə Türkiyə ilə dəhlizlər açmağa hazırlaşır, bu da Ermənistan-İran sərhədinin bağlanmasını nəzərdə tutur.

Rusiya Ermənistanı kimdən “qorumaq” istəyir? İranın ali dini lideri Ayətullah Xamneyi həm Putin, həm də Ərdoğanla Tehranda görüşü zamanı deyib ki, Ermənistan-İran sərhədinin mümkün bağlanması İran üçün qəbuledilməzdir. Belə xəbərdarlıq adətən ölkənin öz mövqeyini, o cümlədən güc yolu ilə müdafiə etməyə hazır olması deməkdir. 2021-ci ilin oktyabrında İran Azərbaycanla sərhəddə böyük hərbi təlimlər keçirərək Bakını təhdid etməyə cəhd edib.

İndi İran nüvə proqramı üzrə danışıqların növbəti mərhələsinə başlayıb. Aİ koordinatoru artıq saziş layihəsini dövriyyəyə buraxıb və etirazlar olmasa, nüvə sazişi bərpa olunacaq. Bu, regionda çox şeyi dəyişəcək və Rusiya ilə Türkiyə buna açıq şəkildə hazırlaşır.

Eyni zamanda, Rusiya mətbuatında Rusiyanın İrandan Azərbaycana dəmir yolunun Rəşt-Astara hissəsinin çəkilməsində həyati dərəcədə maraqlı olması ilə bağlı analitik yazılar dərc olunur. Bəzi analitiklər Zəngəzur dəhlizinin əhəmiyyətinin getdikcə azaldığını desələr də, İran nə Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu, nə də Azərbaycanla təmas məsələlərində maraqlı olduğunu gizlətmir.

Rusiya modullarının bütün Ermənistan-İran sərhədi boyunca, eləcə də yollarda yerləşdirilməsi ərazini dəhlizlərə bölmək, eləcə də Ermənistan və Gürcüstan vasitəsilə İrandan Avropaya əlaqəni kəsmək məqsədi daşıyır.

Burada əsas hədəf İran və Ermənistanın Avropa istiqamətinə çıxış imkanlarının qarşısını almaq, beləliklə onları öz nəzarəti altında saxlamaqdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Mehri  


Bizi "telegram"da izləyin