ABŞ DD-nin bəyanatı Ermənistan üçün qanundur?

2021/07/ssas-1626428863.jpg
Oxunub: 484     14:28     11 Avqust 2022    
ABŞ Dövlət Departamenti bir neçə gün əvvəl bəyanat yayıb. “Korrupsiya ABŞ-ın Ermənistana, xüsusilə ədliyyə sistemi və qanunun aliliyi ilə bağlı məsələlərə, mövcud qanun və qaydalara riayət edilməsi kimi mühüm sahələrə sərmayə qoymasına əngəl olmaqda davam edir”, - deyə açıqlamada bildirilir.

Onilliklər ərzində ABŞ Ermənistanda həyata keçirilən islahatları (məsələn, vergi, ədliyyə sistemləri və digər sahələrdə) dəstəkləyib, lakin nəticəsiz qalıb.

Az sayda dövlət korrupsiyadan qurtula bildirib. Problem ondadır ki, korrupsiya dövlətin siyasi, iqtisadi və sosial sistemlərini sarsıtmadığı müddətcə ona "dözmək" lazımdır. Obrazlı desək, təbiət insan tərəfindən ətraf mühitin çirklənməsindən sonra da istifadə edilir, lakin müəyyən həddə qədər. Cəmiyyətlərin də belə imkanları var, lakin məhduddur. Görünür, ABŞ Dövlət Departamenti belə bir bəyanat verirsə, deməli Ermənistan həmin sərhədləri keçib. Dövlət bəyanatı bəzi ölkələr üçün əhəmiyyət kəsb etməsə də, Ermənistan üçün bu, “qanundur”.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin