Ancaq burada bizim region üçün daha vacib məqam İran İslam Respublikasının Ali Lideri Xamneyinin çıxışı idi. O bildirib ki, Tehran Ermənistan-İran sərhədi ilə bağlı hər hansı dəyişikliyə dözməyəcək.
“Hraparak” nəşri yazıb ki, çoxşaxəli və dərin məzmunlu “hər hansı bir dəyişiklik” anlayışının altında noyabrın 10-da imzalanan müqavilədən sonra gündəmə gələn ən vacib sual gizlənir.
“Həm İran tərəfi, həm də biz (ancaq indiki hakimiyyət orqanlarımız deyil) bilirik ki, dəyişiklik sərhədlərin və ya ərazilərin dəyişdirilməsi kimi başa düşülməli deyil, daha çox bu sərhədləri birləşdirən dəhlizə nəzarət məsələsidir. Sadə sözlə desək, İranın siyasi konseptual əhəmiyyətinin məqsədi ondan ibarətdir ki, bu dəhliz keçmişdə olduğu kimi erməni qüvvələri tərəfindən idarə olunmalıdır. Yəni Türkiyə-Azərbaycan birləşmələrinin maneəsiz hərəkətinə imkan verilməməlidir.
Amerika Birləşmiş Ştatlarının prezidentləri ərəblər və ya fələstinlilərlə bağlı müsbət söz istifadə edəndə, həmin ölkənin siyasətçiləri Amerika liderinə təşəkkür edirlər. Bəs biz, daha doğrusu, rəhbərimiz nə etdi?
“Cavab yoxdur. Düşünməyin ki, o dəhlizin statusu onları heç maraqlandırmır. Siyasi şüurdan tamamilə məhrum olan bu axmaq rəhbərlər və onların tərəfdarları bu məsələdən yəqin ki, qətiyyən narahat deyillər və başa düşmürlər ki, razılaşmanın bu bəndini həyata keçirməklə Ermənistanla İran arasındakı dostluq münasibətlərini dərindən təhlükə altına atacaqlar”, - deyə məqalədə bildirilir.
Alpər Mövludoğlu
Ordu.az