Pxenyan Cənubi Koreyanı hədələyib

2022/08/62f47-1660195109.jpg
Oxunub: 488     07:30     11 Avqust 2022    
Şimali Koreya ölkədə koronavirusu yayma cəhdinə görə Cənubi Koreyanı məhv etməklə hədələyib.

Ordu.az xəbər verir ki, Əmək Partiyasının sədr müavini Kim E Çjonun müvafiq bəyanatını Koreyanın rəsmi KSNA agentliyi yayıb.

“Düşmən ölkəmizə virus yoluxdurmaq kimi təhlükəli işlərdə israrda davam edərsə biz təkcə virusu yox, Cənubi Koreya hakimiyyətini də məhv etməklə cavab verəcəyik” – deyə Kim E Çjon vurğulayıb.

Şimali koreyalı siyasətçi bildirib ki, ölkədə koronavirus cənubla sərhəd ərazilərdə başlayıb.

Qeyd edək ki, Kim E Çjon KXDR-in rəhbəri Kİm Çen Inın bacısıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   Təhdid  


Bizi "telegram"da izləyin