Malidə silahlıların hücumu zamanı 42 hərbçi həlak olub

2021/03/7287d-1617009760.jpg
Oxunub: 476     04:25     11 Avqust 2022    
Mali hakimiyyəti ölkənin şərqində silahlıların hücumu nəticəsində 42 hərbçinin öldüyünü təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “France-Presse” (AFP) Mali hökumətinin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, silahlılarla qarşıdurma zamanı Mali təhlükəsizlik qüvvələri hücum edənlər arasından 37 nəfəri məhv etməyə nail olub. Respublika hakmiyyəti həlak olan hərbçilərin xatirəsinə ehtiram əlaməti olaraq üç günlük matəm elan edilib.

Silahlıların hücumu avqustun 7-də olub. Yaraqlılar Burkina-Faso və Nigerlə həmsərhəd olan Tessite şəhəri yaxınlığında hücuma keçiblər. İlkin olaraq hökumət qüvvələrinin sıralarında 21 nəfərin, o cümlədən 17 hərbçinin həlak olduğu bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mali   Hücum  


Bizi "telegram"da izləyin