Ermənistanda döyüş mövqeyində meyiti tapılan əsgərin ölüm səbəbi məlum olub

2019/07/23599-1562841625.jpg
Oxunub: 417     03:55     11 Avqust 2022    
Ermənistan ordusunun əsgəri, 19 yaşlı Erik Karsyanın ölüm səbəbi məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, o, intihar edib. İstintaq Komitəsi E.Karsayanın ölüm faktı ilə bağlı cinayət işinin başlandığını elan edib.

İlkin məlumata görə, o, özünə atəş açıb. Qeyd edilir ki, Karsyan ona təhkim edilmiş AKM avtomatından döş qəfəsi nahiyəsinə atəş açıb.

Yaralı hərbi tibb məntəqəsinə aparılıb və onun öldüyü məlum olub.

Hazırda istintaq və digər əməliyyat tədbirləri davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İntihar  


Bizi "telegram"da izləyin