Zelenski: “Ukrayna-Rusiya müharibəsinin bitmə müddəti iki amildən asılıdır”

2022/07/2d55a-1658514286.jpg
Oxunub: 348     01:25     11 Avqust 2022    
Ukrayna ilə Rusiya arasında müharibənin bitmə vaxtı iki amildən asılıdır.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezidentin sözlərinə görə, müharibənin bitmə vaxtı məsələsi ilk növbədə Rusiya hərbçiləri sıralarında itkidən asılıdır.

"İşğalçıların itkiləri nə qədər çox olsa, biz torpağımızı o qədər tez azad edə və Ukraynanın təhlükəsizliyinə zəmanət verə bilərik. Torpaqlarımızı müdafiə edən və Ukraynaya kömək edən hər kəs bu barədə düşünməlidir. İşğalçıları daha ağır itkilərə uğratmaq olar ki, vaxtı qısaltsınlar.

Əgər 43 min nəfər Rusiya əsgərinin ölümü bu ölkənin rəhbərliyini müharibədən necə çıxmağın yollarını axtarmağın lazım olduğuna inandırmırsa, bu o deməkdir ki, onlara daha çox döyüşmək, daha çox nəticə lazımdır”, - Prezident deyib.

Ölkə liderinin sözlərinə görə, ikinci amil Ukraynaya hərbi yardımın göstərilməsidir. Dövlət başçısı qeyd edib ki, Kopenhagendə keçiriləcək görüşdə Ukraynaya gələcək dəstək müzakirə olunacaq.

“Ukrayna nə qədər çox silah alsa, nə qədər çox maliyyə və texniki dəstək olsa, həm xalqımız, həm də bütün avropalılar həyatın sülh və sabitliyini bir o qədər tez hiss edə biləcəklər”, - Zelenski əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin