Almaniya Ukraynaya daha 4 “Gepard” verib

2020/12/8566-1607496011.jpg
Oxunub: 536     21:19     10 Avqust 2022    
Almaniya Ukraynaya daha 4 “Gepard” özüyeriyən zenit qurğusu və onlar üçün təxminən 50 min sursat təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat verilib.

Qeyd olunub ki, Almaniyanın Ukraynaya verdiyi “Gepard”ların ümumi sayı 12-yə çatıb.

Qeyd edək ki, ötən həftə Almaniya Ukrayna Silahlı Qüvvələrinə həmçinin 10 yüksəkmobilli, çoxməqsədli təkərli nəqliyyat vasitəsi, 3 zirehli təmir-təxliyə maşını, 8 pilotsuz uçuş aparatları ilə mübarizə qurğusu, 8 mobil yerüstü radar və termal görüntüləmə aparatı və dərmanlar üçün bir neçə soyuducu verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gepard   Almaniya-Ukrayna  


Bizi "telegram"da izləyin