“Qurbanlarımız olacaq və həmin qurbanların günahkarı Paşinyan olacaq” – Hovhannisyan

2022/05/79511-1652523262.jpg
Oxunub: 596     12:22     11 Avqust 2022    
"Avqustun 25-də Laçın və Zabuxu Azərbaycana təhvil versələr, Qarabağ (qondarama qurum – red.) mühasirəyə alınacaq".

Ordu.az xəbər verir ki, bunu Ermənistan keçmiş xarici işlər naziri Raffi Hovhannisyan deyib.

O bildirib ki, Nikol ərazi bütövlüyünü, suverenliyini, vətəndaşların həyatını və təhlükəsizliyini təmin edə bilmir.

Sabiq erməni nazir vurğulayıb ki, indi Paşinyanın status tələblərinin aşağı salınması ilə bağlı bəyanatının nə demək olduğu məlum olur.

“Qurbanlarımız olacaq və həmin qurbanların günahkarı Paşinyan olacaq”, - deyə Hovhannisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Zabux  


Bizi "telegram"da izləyin