“Paşinyan Əliyevə söz verib ki, Laçının üzərində Azərbaycan bayrağını qaldıracaq” – Hakobyan

2022/07/image-1659012569.jpg
Oxunub: 656     13:48     11 Avqust 2022    
“Ermənistanı Xankəndi ilə birləşdirən yeni marşrutun seçilməsi Nikol Paşinyanla İlham Əliyev arasında şifahi razılaşmaya əsaslanıb”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Hakob Hakobyan bildirib.

O bildirib ki, avqustun 25-də azərbaycanlılar Laçın, Zabux və Sus icmalarına gələcəklər.

“9 noyabr tarixli sənəd, yəqin ki, yeganə razılaşma deyil, biz Ermənistanın hakimiyyətindən tələb edirik ki, yolun hazırlandığı istiqamətdə marşrutun getməli olduğu yazılı razılaşmanı göstərsinlər. Nikol Paşinyan İlham Əliyevə söz verib ki, Laçın şəhərini təhvil verəcək və o, Laçının üzərində Azərbaycan bayrağını qaldıracaq”, - deyə o qeyd edib.

O qeyd edib ki, yeni marşrut narahatlıq yaradıb: “Ola bilsin ki, azərbaycanlılar yol boyu postlar qursunlar”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Zabux  


Bizi "telegram"da izləyin