Ordu.az xəbər verir ki, bunu erməni ekspert Armine Adibekyan bildirib.
O qeyd edib ki, lazım gələrsə, Rusiya Qarabağı “paketləyib” təhvil verəcək.
“Rusiya sülhməramlıları Ermənistanın maraqlarını qorumağa borclu deyillər, onlar Rusiyanın maraqlarını qoruyurlar. Rusiya bizim əvəzimizə bizi müdafiə etməyəcək. Moskvanın başqa problemləri var. Rusiya sülhməramlılarının Qarabağda yerləşdiyi sənədi kim imzalayıb? Paşinyan. Mən niyə öz ölkəmdəki əcnəbi hərbçilərə köçmək üçün sənəd göstərməliyəm? Sabah o əsgər silahını alıb gedəcək, yerinə türk gələcək. Mən illərdir deyirəm ki, Türkiyə Ermənistana qoşun yeridəcək. Rusiya gedəcək və türklərə yol verəcək”, - deyə Adibekyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az