Paşinyanın dövründə Ermənistanda 68 məhkum və məhbus ölüb - SİYAHI

2022/05/WS742-1651837211.jpg
Oxunub: 312     12:46     11 Avqust 2022    
Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistanın cəzaçəkmə müəssisələrində 68 məhkum və məhbus ölüb.

Ordu.az xəbər verir ki, bu barədə “Oragir.news” nəşri məlumat yayıb.

Nəşr 2018-ci ildən indiyədək Ermənistanın cəzaçəkmə müəssisələrində və təcridxanalarında nə qədər məhkum-məhbusun ölməsi barədə penitensiar xidmətə sorğu göndərib.

2018-ci ildən 2022-ci il avqustun 1-dək Ermənistan Daxili İşlər Nazirliyinin cəzaçəkmə müəssisələrində ölən şəxslər:

2018 - 18 nəfər, onlardan 13-ü məhkum edilib, 5-i saxlanılıb (ölənlərdən 10-u cəzaçəkmə müəssisəsində, 8-i mülki tibb müəssisəsində qeydə alınıb),

2019 - 21 nəfər, onlardan 12-si məhkum edilib, 9-u saxlanılıb (ölənlərdən 10-u cəzaçəkmə müəssisəsində, 11-i mülki tibb müəssisəsində qeydə alınıb),

2020 - 5 nəfər, onlardan 1-i məhkum edilib, 4-ü saxlanılıb (ölənlərdən 3-ü cəzaçəkmə müəssisəsində, 2-si mülki tibb müəssisəsində qeydə alınıb),

2021 - 13 nəfər, onlardan 6-sı məhkum edilib, 7-si saxlanılıb (ölənlərdən 5-i cəzaçəkmə müəssisəsində, 8-i mülki tibb müəssisəsində qeydə alınıb),

2022 avqustun 1-nə 11 nəfər, onlardan 4-ü məhkum edilib, 7-si saxlanılıb (ölənlərdən 4-ü cəzaçəkmə müəssisəsində, 6-sı mülki tibb müəssisəsində, 1-i məhkəmədə qeydə alınıb)”.

Sözügedən dövrlərdə neçə məhkum-həbs edilmiş şəxsin intihar etməsi ilə bağlı suala belə cavab verilib:

“2018-ci il avqustun 1-dən 2022-ci ilə qədər penitensiar müəssisələrdə intihar nəticəsində ölənlərin sayı:

2018 - 2 nəfər, onlardan: 1 məhkum, 1 saxlanılan şəxs,

2019 - 5 nəfər (həbs edilmiş şəxs),

2020 - 1 nəfər (həbs edilmiş şəxs),

2021 - 2 nəfər (həbs edilmiş şəxs),

2022 avqustun 1-nə - 2 nəfər (məhkum)”.

2018-ci ildən 2022-ci il avqustun 1-dək Ermənistan Daxili İşlər Nazirliyinin cəzaçəkmə müəssisələrində aşağıdakı qaçış halları qeydə alınıb:

2018 - qaçış halları qeydə alınmayıb,

2019 - 2 qaçma faktı qeydə alınıb (1 hadisə mülki tibb müəssisəsindən, 1 hadisə cəzaçəkmə müəssisəsindən qeydə alınıb),

2020 - qaçış halları qeydə alınmayıb,

2021 - 2 qaçma faktı qeydə alınıb (1 hadisə mülki tibb müəssisəsindən, 1 hadisə cəzaçəkmə müəssisəsindən qeydə alınıb),

2022 avqustun 1-nə isə (cəzaçəkmə müəssisəsindən) qaçma faktı qeydə alınmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Cinayət  


Bizi "telegram"da izləyin