Ceyhun Bayramov: “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir”

2022/05/1651912607.jpg
Oxunub: 661     14:47     10 Avqust 2022    
“Ermənistan öhdəliklərinə zidd olaraq fəaliyyət göstərir və sülh quruculuğuna maneələr törədir”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov əlcəzairli həmkarı Ramtan Lamamra ilə görüşdə deyib.

Ceyhun Bayramov qarşı tərəfə Ermənistan 30 il ərzində ölkəmizə qarşı təcavüzü, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərin yenidən qurulması, sülh quruculuğu ilə bağlı Azərbaycan tərəfindən görülən genişmiqyaslı işlər barədə ətraflı məlumatı qonağın diqqətinə çatdırıb. Əlcəzairin ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsini birmənalı olaraq dəstəklədiyi və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif qətnamələrin qəbulu zamanı nümayiş etdirdiyi vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   XİN  


Bizi "telegram"da izləyin